Ermənistanda son sutkada 321 nəfərdə koronavirus aşkarlanıb, 5 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 317-yə, ölənlərin sayı 705-ə çatıb.
İndiyədək 26 478 pasiyent infeksiyadan sağalıb. 9 914 nəfər müalicə olunur.