Ermənistanda koronavirusdan ölənlərin sayı 800-ü ötdü

Ermənistanda daha 183 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 593-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 803-ə çatıb. İndiyədək 33 157 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 399 aktiv koronavirus xəstəsi var.