Ermənistanda koronavirusdan ölənlərin sayı 884 nəfərə çatıb

Ermənistanda son sutka ərzində 197 nəfər yeni növ koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 44075 nəfərə çatıb.

Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 884 nəfərə çatıb.