Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 44 953 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 108 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 903 nəfər koronavirusdan ölüb, 3 182 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.