Ermənistanda koronavirusdan ölənlərin sayı ARTDI

Ermənistanda son sutka ərzində daha 239 nəfər koronavitusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 629-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 719-a çatıb. İndiyədək 27 357 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 9 330 aktiv koronavirus xəstəsi var.