Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda maddi maraq qarşılığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbəri olduğu “Vətən Uğrunda Tavuş” hərəkatının mitinqlərinə cəlb etməkdə şübhəli bilinən 11 nəfərdən ikisinə qarşı cinayət işi qaldırılıb.

Yenicag.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İlkin araşdırma zamanı onların mitinqə çağırdığı şəxslərin hər birinə 10-30 ABŞ dolları arasında pul vəsaitləri verdiyi ortaya çıxıb.

Qeyd olunub ki, hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

COP29