Ermənistanın Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan tutulublar.
Yenicag.az “Report”a istinadən məlumat verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan Feysbuk hesabında yazıb.
Məlumata görə, onlar 2018-ci il aprelin 22-də Yerevanda etiraz yürüşü iştirakçılarına hücum təşkil etməkdə ittiham olunurlar. Həmin gün maska geyinmiş bir qrup gənclərə hücum edərək, onları dəyənəklə döymüşdülər. Həmin hadisə ilə bağlı daha 3 nəfər saxlanılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.