Vəkil bildirib ki, bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinə dəvət edilərək saxlanılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib.
Yenicag.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Lusine Saakyan öz “Facebook” səhifəsində yazıb.
Məlumata görə, A.Vanetsyan rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.