Ermənistanda müxalifətə belə divan tutulur – FOTOLAR / VİDEO

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.

Məlumata görə, polis ilk dəfə səs bombasından istifadə edib.

Belə ki, Proşyan küçəsində etirazçılar parlament binasına getmək istəyəndə vəziyyət gərginləşib. Polis aksiyanı dağıtmaq üçün səs bombasından istifadə edib.

“Müqavimət” hərəkatının koordinatorlarından biri İşxan Saqatelyanın etirazçıların parlament binasına gedə bilməsi üçün polisi yolu açmağa çağırmasından sonra vəziyyət qarışıb. Bundan sonra aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma şiddətlənib.

Toqquşmalarda əllidən çox adam xəsarət alıb. Səhiyyə Nazirliyi yaydığı son məlumata görə tibb mərkəzlərinə 34-ü polis, 16-sı mülki şəxs olmaqla 50 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün əməliyyata götürülüb.