Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanda nazir ƏVƏZLƏNMƏSİ: "Bu, Paşinyanın orduda yeni eksperimentidir" - Politoloq

Reklam: Sinerji Pro

“Baş nazir Nikol Paşinyanın müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad etməsinin səbəbi Azərbaycan hərbçilərinin Ermənistanla sərhəddə qazandıqları üstünlüklə bağlıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanda müdafiə nazirinin yenisi ilə əvəzlənməsini şərh edən politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloqun fikrincə, Karapetyanın vəzifədən kənarlaşdırılması onun sərhədi qoruya bilməməsi ilə əlaqədardır:

“Azərbaycan sərhədçiləri qışa qədər strateji mövqelərdə möhkəmlənməkdə davam edirlər. Ermənistan Müdafiə Nazirliyi əvvəlcə bu növ xəbərləri təkzib etməyə çalışır, ancaq internetdə yayımlanan görüntülər real durumu əks etdirdiyinə görə bundan sonra nazirlikdən etiraf dolu açıqlamalar gəlir. Nikol Paşinyan də elə buna görə Arşak Karapetyanı istefaya göndərdi ki, o nə sərhədi qoruya bildi, nə də reallığı əks etdirən açıqlamalar verdi”.

Elxan Şahinoğlu qeyd eidb ki, yeni müdafiə nazirinin ordu sisteminə yad olması radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq:

“Paşinyan anlayır ki, erməni ictimaiyyətini aldatmaqla problem həll olunmayacaq. Ancaq Paşinyanın Arşak Karapetyanın yerinə müdafiə naziri postuna Suren Papikyanı təyin etməsi Ermənistan üçün problemin həllini yaxınlaşdırmayacaq. Suren Papikyan Paşinyanın inandığı bürokrat olsa da, Müdafiə Nazirliyi sistemində yaddır. Görünür, Paşinyana müdafiə sistemində artıq generallar yox, gənc menecerlər lazımdır. Bu, Paşinyanın Ermənistan ordusunda yeni eksperimentidir və şübhəsiz, Qarabağ klanının simasında radikal müxalifətin növbəti mitinqi üçün əsas yaradacaq.

Biz öz işimizi davam etdirməliyik. Sərhədin strateji yüksəkliklərində nəzarətimizi gücləndirməli, o cümlədən sərhədin tərkib hissəsi olan Laçın dəhlizinin nəzarətə götürülməsinə addım-addım yaxınlaşmalıyıq. Ermənistan Zəngəzur dəhlizinin açılmasının yubadılmasının hesabını bu şəkildə ödəməlidir. Ancaq evin içində də tədbirlərimizi gücləndirməli, Qarabağ separatçıları ətrafında çənbəri daraltmalıyıq. Azərbaycan hərbçilərinə qumbara atanlar və onları himayə edənlərin ödəyəcəyi hesab barədə də düşünməliyik”.

www.yenicag.az

160
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100