Ermənistanda parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya öndədir.
Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında bildirilir.
Rəsmi məlumata görə, ölkə üzrə 2009 seçki məntəqəsindən 506-da səslərin hesablanması başa çatıb. Nəticələrə əsasən 3 siyasi qurum əvvəlki nəticələr kimi səslərin yarıdan çoxunu toplayıb.
Belə ki, prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyası səslərin 52,12 faizini, yaxud 124 min seçici səsini toplayıb. Ölkənin ən varlı biznesmeni Qaqik Çarukyanın rəhbəri olduği “Çarukyan” bloku səslərin 26 faizini, yaxud 62 min seçici səsini toplayıb. Daşnaksütyun partiyası isə cəmi 7,36 faiz və ya 17,5 min seçici səsini toplaya bilib.
Qeyd edək ki, səsvermə prosesində xeyli sayda qanun pozuntusu aşkarlanıb.
Yeniçağ.Az