Ermənistanda qadınlar hərbi xidmətə çağırılacaqmı?

Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü olaraq orduya hərbi xidmətə çağırılması imkanlarını nəzərdən keçirir.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.

“Yalnız onu təsdiq edə bilərəm ki, biz qadınlara könüllü olaraq hərbi xidmətə getmə imkanının verilməsi məsələsini müzakirə edirik”-deyə, o bildirib.

O, növbəti dəyişikliklərlə bağlı başqa məlumat verməyib. İndi Ermənistanda həqiqi hərbi xidmətə çağırış senzi 18-27 yaş, xidmət müddəti isə 24 aydır./Report/