Ermənistanda “Qarabağ” klanı devrilir? – Şərh

 

yenicag.az_sarkiskopeyogluNatiq Miri: “Nəzərə cəhətdən mümkündür, amma…”

Ermənistanda Sarkisyan rejiminin aprelin əvvəlində cəbhədə aldığı ağır məğlubiyyətdən sonda ondan narazılıq daha da artıb. Bu fonda gözlənilir ki, Ermənistanda Qarabağ klanının hakimiyyəti sona çatacaq. Belə olarsa, sözügedən klandan kənar qüvvələrin iqtidara gəlməsilə Dağlıq Qarabağ konfliktinin həllində irəliyə doğru yeniliyin ola biləcəyini gözləmək olarmı?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, nəzəri cəhətdən Qarabağ klanının hakimiyyətdən getməsi ilə münaqişənin həllində yeni situasiya yarana bilər: “Ermənistanda Qarabağ klanının devrilməsi və onlardan kənar yeni qüvvələrin hakimiyyətə gəlməsi nəzəri cəhətdən münaqişənin həllində yeniliklər və müsbət dəyişikliklərə gətirə bilər. Belə bir ehtimal var. Ancaq bütövlükdə nəzərə alaq ki, hazırda Ermənistanda elə bir ciddi demokratik qüvvə yoxdur və belə bir qüvvənin olmaması, iqtidara gəlmə ehtimalının sıfır olması növbəti hakimiyyət dəyişikliyində Qarabağ probleminin həllilə bağlı hər hansı müsbət nəticələrə gətirməyəcək. Bir Qarabağ klanının həmin klandan çıxan başqa birisilə əvəzlənməsi heç nəyi dəyişməyəcək.  Eynilə Ermənistanın özündə yerli insanların içərisindən Rusiyaya bağlı başqa bir siyasi qüvvənin hakimiyyətə gətirilməsi də mahiyyətcə heç nəyi dəyişməyəcək. Çünki yenə də Rusiya prosesi idarə və manipulyasiya etməyə başlayacaq, Ermənistan da əvvəlki kimi Moskvanın vassalı olaraq çıxış edəcək. Ona görə fikrimcə, hazırda Ermənistan hakimiyyətində hər hansı bir dəyişikliyin olması münaqişənin həllində müsbət nəticələrə səbəb olmayacaq”.

ELÇİN

COP29