Ermənistanda Rusiya telekanalları ətrafında intriqa BÖYÜYÜR

Rusiya telekanalları ətrafında intriqa böyüyür, hadisələr sürətlə inkişaf edir.

Yenicag.az xəbər verir ki, Ermənistanın yüksək texnologiya sənaye naziri Robert Xaçatryan razılaşmanın pozulması ilə bağlı müzakirələrin anonsunu verib.

O bildirib ki, Ermənistan və Rusiyanın müvafiq idarələri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulması ilə bağlı məsləhətləşmələr dekabrın ortalarına planlaşdırılır.

Xaçatryanın sözlərinə görə, Ermənistan-Rusiya məsləhətləşmələrinin tarixi və vaxtı hələ dəqiqləşdirilməyib. Lakin İrəvanda rusiyalı həmkarları ilə görüşdə razılaşmanın pozulması faktları müzakirə olunacaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Rusiyanın federal televiziya kanallarının Ermənistan ərazisində yayımının məhdudlaşdırılması mövzusu respublikanın hakim partiyasının deputatları tərəfindən ictimai müzakirəyə çıxarılıb.

Xuraman Etibarlı