Ermənistanın sabiq fövqəladə hallar naziri, Milli Qəhrəman Andranik Piloyan 4 il 5 ay müddətinə həbs edilib.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, eləcə də külli miqdarda dələduzluqda təqsirli bilinib.
Keçmiş məmur həmçinin 3 il müddətinə müəyyən dövlət qulluğu tutma hüququndan məhrum edilib, əlavə olaraq 1 milyon 300 min dram məbləğində cərimə də tətbiq olunub. /unikal