Erməni jurnalist Levon Barseqyan parlament seçkilərində saxtakarlığa yol verildiyini etiraf edib.
Barseqyan “Facebook” səhifəsində yazıb.”Özümüzü təbrik edirəm, bizim evdə yaşayanların sayı 250% artıb”.
Erməni jurnalist seçici siyahılarının saxtalaşdırıldığını bildirib.
***
Transparency.am saytının yaydığı məlumata görə, Ermənistanda keçirilən seçkilərdə ilkin olaraq 10 seçki pozuntusu aşkarlanıb.
Bildirilib ki, bu saatadək əsasən gizli səsvermə (5 halda), səsvermə otağının yalnış təmin edilməsi (2 hal), texniki qurğular ilə asılı olan problemlər (1 hal), müşahidəçilər, media nümayəndələrinin hüquqlarının pozulması faktları qeydə alınıb.
Yuxarıda baş verən pozuntular 9/44 saylı Mərkəzi, 30/46 sayləı Lernudi, 9/12 saylı Mərkəzi, 9/52 saylı Mərkəzi, 17/71 saylı Vardağbyur, 19/17 saylı Qavar, 14/11 saylı Üçmüədzin, 9/49 Mərkəzi, 9/51 Mərkəzi seçki məntəqələrində aşkar edilib.
Qeyd edək ki, baş verən seçki pozuntuları seçkilərlin erkən saatlarına təsadüf edib.
Bundan əlavə Ermənistanda seçicilərin hakim Respublika Partiyasının xeyrinə öncədən səs verilmiş bülletenlərlə seçki kabinetlərinə gəlməsi faktları da gözdən qaçmayıb.
***
Ermənistanda parlament seçkiləri ciddi qanun pozuntulari ilə müşahidə edilir. Səsvermənin başlamasından cəmi bir neçə saat keçsə də seçki pozuntularının aradı-arası kəsilmir.
Seçki məntəqələrindən birində dava qeydə alınıb. Bundan başqa 5/17 seçki məntəqəsidə insident baş verib. Belə ki, vətəndaşlardan biri saxtakarlıq edən xüsusi hazırlanmış qrupu ifşa etmək üçün videoçəkiliş aparmaq istəyərkən hücuma məruz qalıb. Hakimiyyət təmsilçiləri onun telefonunu əlindən alaraq qırıblar.
Hadisə “Yelk” blokunun üzvü tərəfindən qeydə alınıb.
Son məlumatlara əsasəmn “Yelk” bloku ciddi seçki pozuntuları qeydə alıb.
Saat 08։00-09։30-dək talon nömrəsinin qeyd edilən saya kütləvi şəkildə uyğunsuzluğu müşahidə edilib.
Hesabatlar Vanadzor və İrəvandan daxil olub.
Səsvermə kabinələrində zibil qutularının kütləvi şəkildə boşaldılması, vətəndaşların istifadə elməmiş bülletenlərindən çıxarışların edilməsi halları da seçki pozuntuları sırasındadır.
Məlumatlar Vanadzor, İrəvan və Vaykdan daxil olub.
Bülletenlərin təsnifatının 1-9 nömrələmə ardıcıllığı saxlanılmır. Komitə rəhbərləri texniki cihazların təşkil edilməsi və yoxluğu ilə bağlı qeydlər aparmaqdan imtina edirlər.
Qurğular işləmədiyindən vətəndaşların pasport məlumatları qeydə alınmır (xüsusilə 16/1, 5 saylı seçki məntəqəsində, Ararat vilayəti).
Vətəndaşların şikayətlərinə baxılmır. Komissiya sədri onaları qeydiyyata almaqdan imtina edir (xüsusilə, 15/7 seçki məntəqəsində,7 saylı seçki dairəsində, Araqotsod vilayəti).
Bunlarla yanaşı Ermənistan Respublika Partiyası və Ermənistan Kommunist Partiyasının bülletenlərinin işarələnmiş olduğu aşkar edilib.(Azvision)
Yeniçağ.az