Ermənistanda son sutkada 1 703 nəfər koronavirusa yoluxdu

Ermənistanda son sutka ərzində daha 1 703 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya məlumat yayıb.

Bununla da yoluxanların sayı 114 383 nəfərə, ölənlərin sayı isə 1 697 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 72 116 nəfərin sağaldığı bildirilir.