Ermənistanda sosial gərginlik artır – Bölgələrdə aksiyalar başladı

Ermənistanın bölgələrində sosial gərginlik artır. Hökumətdən narazı insanlar kütləvi aksiyalar keçirirlər.

Yenicag.az xəbər verir ki, hazırda Ermənistanın Tavuş vilayətində gərginlik davam edir. Sözügedən bölgənin sakinləri Ermənistan-Gürcüstan yolunda aksiya keçiriblər. Sakinlər məmur özbaşınalığına etiraz edirlər.

Vilayətin ən böyük kəndi olan Artiçtin sakinləri də aksiyalara qoşularaq əsas magistral yoldakı avtomobillərin hərəkətini dayandırıblar. Bildirilir ki, bir il əvvəl vətəndaşlara müxtəlif vədlər verməklə hakimiyyətə gələn Nikol Paşinyan özü belə problemlərin öhdəsindən gəlməkdə aciz qaldığını etiraf edir. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları sakinlərin səbrini tarıma çəkib.

Aksiya iştirakçıları bəyan ediblər ki, problemlərin artması səbəbindən Tavuş vilayətinin kəndlərinin böyük əksəriyyəti boşalıb. Bölgə əhalisi içməli su və suvarma suyu əldə edə bilmir. Onlar yalnız məişət problemlərini həll etmək üçün suyu maşınlarla alırlar.

Sahələr susuzluqdan məhv olur.

Aksiya iştirakçıları bəyan ediblər ki, onların tələbləri təmin olunmasa, Ermənistan-Gürcüstan dəmir yolunu bağlayacaqlar.

Qeyd edək ki, aksiyanı dağıtmaq üçün əraziyə xeyli sayda polis cəlb olunub. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb./AZƏRTAC/

COP29