Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.
“Son təsdiq edilmiş məlumatlara görə, bizdə daha 6 təsdiq edilmiş yoluxma halı var, hansılar ki, istehsalat hadisəsi ilə bağlıdır. Beləliklə, bu gün təsdiq edilmiş halların ümumi sayı bu gün 78-dir”, – nazir özünün “Facebook” səhifəsində bildirib.