Ermənistanda xalq ayaqda: Yollar bağlandı – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanın mərkəzində yerləşən Azadlıq meydanında müxalif Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikola Paşinyanın tərəfdarlarının mitinqi keçirilib.

Yenicag.az xəbər verir ki, deputat Nikola Paşinyan vətəndaşları mitinqdə aktiv iştirak etməyə çağırıb. Aksiyada kifayət qədər insan iştirak edib. Aksiya səbəbindən İrəvanın mərkəzində avtomobillərin hərəkətində tıxac yaranıb. Mitinq sabah parlament binası önündə davam etdiriləcək.

Xatırladaq ki, aksiya Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

COP29