Ermənistanda xəstəxanalar boşaldılır – ƏMR imzlandı

Ermənistandakı xəstəxanalar xəstə qəbulunu dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə müvafiq əmri “Hərbi vəziyyətin hüquqi rejimi Haqqında” qanuna əsasən Ermənistanın Səhiyyə naziri Arsen Torosyan imzalayıb.

Yalnız təcili tibbi yardıma ehtiyacı olan xəstələrə reanimasiya və ya qəbul həyata keçiriləcək. Səhiyyə Nazirliyində vurğulayıblar ki, hazırda stasionar tibbi yardım alan xəstələr ambulator müalicədən sonra evə buraxılacaqlar.

Ermənistanda yaralılara görə bütün xəstəxanaların dolduğu və bu qərarla yaralı erməni hərbçilər üçün yer hazırlandığı vurğulanır.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun 3 silah-sursat anbarı məhv edilib.