Reklam

Reklam

Ermənistan prezidenti Armen Sarkisyan yeni hökümətin bütün nazirlərini təyin edib.

Yenicag.az xəbər verir ki, ölkə prezidentinin fərmanlarına əsasən, Mqer Qriqoryan baş nazirin müavini, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Artak Zeynalyan ədliyyə naziri, Arsen Torosyan səhiyyə naziri təyin ediliblər.

Bundan əlavə, Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin ediliblər.

Qeyd edək ki, daha əvvəl Zoqrab Mnatsakanyan Ermənistanın xarici işlər naziri təyin edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4350
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."