!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda yeni KRİMİNAL SAVAŞ: “Ölkə daxilində və Azərbaycanla sərhəddə gərginlik artacaq” - ŞƏRH

!Reklam – Yazi

“Ermənistanla Azərbaycan arasında gərginliyin aradan qalxmaması Rusiyanın regionda qalıcı olmasına münbit zəmin yaradır”.

Bu fikirləri son günlər Ermənistanda kriminal durumun kəskinləşməsi fonunda müxtəlif səpkili qətllərin artmasının doğuracağı mümkün nəticələri dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda radikal qüvvələrin fəallaşması ölkədə və Azərbaycanla sərhəddə gərginliyin artmasına gətirib çıxaracaq:

“Ümumiyyətlə, Ermənistan ağır kriminal olayların, o cümlədən, terror aktlarının tez-tez baş verdiyi ölkələr sırasındadır. Bu ölkədə baş verən son kriminal hadisələr heç də təsadüfi deyil və onların arxasında Azərbaycanla Ermənistan arasında müəyyən məsələlər, həmçinin sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı anlaşmanın qarşısını almaq məqsədi dayanır.

Yəni Ermənistandakı radikal qüvvələr Azərbaycanla hər hansı razılaşmanın baş tutmaması üçün belə fəallaşıblar. Xatırladım ki, 1999-cu ildə də iki ölkə arasında münaqişənin həllinə dair mövqe yaxınlığı yarananda, Ermənistan parlamenti gülləbaran edildi və proses pozuldu. İndi də sanki eyni ssenari oynanılır.

Hesab edirəm ki, bu kriminal olaylar dalğasında Ermənistanda vəziyyət daha da gərginləşəcək. Gözlənilir ki, Ermənistanın parlament müxalifətindən başqa, digər müxalif qüvvələri də kütləvi aksiyaların təşkilini intensivləşdirəcəklər. Bu təzyiq nəticəsində hökuməti Azərbaycanla anlaşmadan çəkindirməyi düşünürlər.

Belə bir gedişat Rusiyanın da marağına uyğundur. Çünki Ermənistanla Azərbaycan arasında gərginliyin aradan qalxmaması Rusiyanın regionda qalıcı olmasına münbit zəmin yaradır. Ona görə də, qarşıdakı dönəmdə Ermənistanın daxilində və Azərbaycanla sərhəddə gərginliyin artacağı gözlənilir”.

Qeyd edək ki, İrəvanda bu gecə baş verən ayırdetmə zamanı kriminal avtoritet Artur Kazaryan və parlamentin keçmiş deputatı Artuş Simonyan qətlə yetirilib.

A.Zeynalov

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv