Ermənistanın yeni xarici işlər naziri təyin olunub.
Yenicag.az xəbər verir ki, bu ölkənin BMT yanındakı nümayəndəsi Zoqrab Mnaçakyan xarici işlər naziri təyin edilib.
Bu barədə Ermənistan prezidenti Armen Sarkisyan fərman imzalayıb. Fərman prezident administrasiyasının saytı vasitəsilə açıqlanıb.