Ermənistanda zəlzələ – Azərbaycanda da hiss edildi

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yaxınlığında zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a bildirilib ki, 5.5 bal gücündə olan zəlzələnin dərinliyi 2 kilometrdir.

Qedy edilib ki, zəlzələ Azərbaycanın sərhəd bölgəsində – Qazax,Tovuz, Gədəbəy,Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.