Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 4,1, dərinliyi 6 km olub.

Zəlzələ Azərbaycanın Gədəbəy, Tovuz və digər həmsərhəd rayonlarında hiss edilib.