“Paşinyana qarşı sui-qəsd cəhdi ola bilər”.
Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistanda cərəyan edən proseslər, kilsə ilə hakimiyyət arasındakı savaşı dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev səsləndirib.
Elşad Musayev bildirib ki, keşiş Baqratın başladığı hərəkat ciddi nəticə verməyəcək.
“Tavuşda başlayan hərəkat təqribən 1 aydır davam edir. Hiss olunur ki, keşişin başladığı hərəkat ciddi dəstək, uğur qazana bilmədi. Keşiş təsadüfən seçilməmişdi. Çünki bundan əvvəl hakimiyyətdə olanların reytinqi aşağı idi. Ona görə də, keşişi ön plana çıxardılar”, – deyə o bildirib.
Partiya sədri qeyd edib ki, Ermənistanda kilsəyə həmişə xoş münasibət olub.
“Onların dövlətçiliyini quran da kilsə olub. Paşinyana qarşı çıxan kilsədir. Kilsə ilə Paşinyan arsında ciddi narazılıq var. Köhnə hakimiyyətdə olanlar da Paşinyana qarşı çıxır. Bundan əlavə, Rusiyanın da maraqları açıq görünür”, partiya sədri əlavə edib.
E.Musayevin fikrincə, Paşinyan artıq keşişi ələ salır:
“Bu onu göstərir ki, keşişin başladığı hərəkat ciddi nəticə verməyəcək. Ermənistan cəmiyyəti sübut etdi ki, aqressivdir, düşümənçiliyi davam etdirmək istəyirlər.
İstənilən an Paşinyana sui-qəsd törədə bilərlər. Həm ermənilərin tarxində, eyni zamanda Rusiyanın tarixində belə şeylər çox olub”.
Səxavət Məmməd