!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandakı seçki xaosunun sərhədə YANSIMASI: "Bunun qarşısını almaq üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya nə Ermənistandan minalanmış ərazilərin xəritələrini alandı, nə də separatçıları tərkisilah edəndir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan-Ermənistan sərhədində son baş verən hadisələrə və Paşinyanın “oğul” blefinə münasibət bildirən politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu bildirib ki, Paşinyanın terrorçularla bağlı cəhdləri fiaskoya uğrayıb:

“Paşinyan bununla həm də, Sərkisyana cavab vermiş oldu. Ermənistanda başları o qədər seçki kompaniyasına qarışıb ki, terrorçular o qədər də yadlarına düşmür. Düzdür, bundan siyasi alət kimi istifadə etməyə çalışırlar. Paşinyan dedi ki, əsirlərə görə oğlunu da girov verməyə hazırdır. Ancaq Paşinyan da anladı ki, Azərbaycana təzyiqlə bu məsələ müsbət nəticələnməyəcək. Fransanı, ABŞ-ı, Kanadanı, böyük təşkilatları məsələyə daxil etdi, ancaq heç bir nəticə olmadı. Azərbaycan tərəfi yalnız 5 nəfəri geri verdi. O da müəyyən olundu ki, həmin şəxslər Azərbaycana atəş açmayıblar. Dünən də bir hadisə baş verdi. Bir erməni silahlısı saxlanıldı, sonra məlum oldu ki, təsadüfi keçib, onu da geri verdilər. Bunlar Azərbaycan tərəfinin xoş niyyətliliyindən xəbər verir.

Düşünürəm ki, seçkidən sonra da bu məsələ gündəmdə qalacaq. Seçkidən sonra Ermənistanda uzun müddət xaos davam edəcək. Müxtəlif təşkilatlar, böyük dövlətlər bu məsələnin həllini ya tələb edəcəklər, ya xahiş edəcəklər. Azərbaycan tərəfi doğru strategiya yürüdür. Əvvəlcə o terrorçuların məhkəmələri olmalıdır, cəzalandırılmalıdırlar. Necə ki, onlar Azərbaycan vətəndaşlarını 6-7 il həbsxanalarda çürütdü, eləcə də, Azərbaycana atəş açan, qətliamlarda əli olanlar cəzalandırılmalıdır. Sonra müəyyən şərtlər yerinə yetirilərsə, ya onların cəzaları yüngülləşdirilə, ya da geri verilə bilər”.

Sərhədin qurulmasında baş verən gərginliklərə gəldikdə isə Elxan Şahinoğlu bunları deyib:

“Sərhədi tamamilə nəzarətə götürməliyik. Laçın dəhlizi üzərindən də nəzarətdə iştirak etməliyik. Çünki silahlılar ola bilsin, Azərbaycanın nəzarət etmədiyi Laçın dəhlizindən keçirlər. Qarabağdakı separatçıları tərkisilah etmək barədə ciddi düşünməliyik. Minaları iki yolla basdıra bilərlər. Ya Ermənistan tərəfdən diversantlar keçir, ya da Qarabağdakı separatçılar bunu edir. Bunun qarşısını almaq üçün həm sərhəd tam qapanmalıdır, həm də separatçılar tərkisilah edilməlidir. Rusiya nə Ermənistandan minalanmış ərazilərin xəritələrini alandı, nə də separatçıları tərkisilah edəndir. Necə ki, 30 il Azərbaycanın başının altına BMT-nin qətnamələrini yastıq kimi qoydular. Axırda Azərbaycan özü haqqını aldı. Kimsə gəlib bu məsələləri Azərbaycanın əvəzinə edəsi deyil. Bu işi özümüz görməliyik. Proqnozlaşdırıram ki, 20 iyun Ermənistanda seçkilərdən sonra xous davam edəcək. Bir neçə hakimiyyətlilik ola bilər. Bu qrupların hər biri Azərbaycana qarşı təxribatlar törədə bilərlər. Azərbaycan tərəfi bunları da nəzərə almalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv