“Ermənistandakı zəlzələ Azərbaycanda da hiss olundu” – AÇIQLAMA

Azərbaycan-Ermənistan sərhədində zəlzələ Azərbaycanda da hiss olunub.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib:

“Zəlzələ Ermənistan ərazisində olub.
Ermənistan ərazisində maqnitudası 4,1, dərinliyi 6 km olan təkanlar qeydə alınıb. Zəlzələ Gədəbəy, Tovuz və digər rayonlarda da hiss olunub”.

Cəvahir