“Ağır sosial şəraitdə yaşamaları, ailə problemlərinin olması müqavilə əsasında hərbçilərin xidmətində də özünü əks etdirir”.
Yenicag.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Artak Davtyan avqustun 3-də Dilicanda jurnalistlərin hərbçilərin intiharı ilə bağlı sualını cavablandırarkən bildirib.
“Komandirlər hərbçilər arasında təbliğat aparmasaydı, intihar hadisələrinin sayı iki deyil, 12 olardı. Bu il iki, ya 3 intihar hadisəsinin qarşısı alınıb”, – o vurğulayıb./Report/