Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı ilə bağlı araşdırma davam edir.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır.
Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çex Respublikasının Azərbaycandakı səfirliyinə məlumat verilib.