Ermənistandan biabırçı məğlubiyyət – Cəbəllütariq İrəvanda tarix yazdı – VİDEO

Ermənistan millisi UEFA Millətlər Liqasında biabırçı məğlubiyyətlə üzləşib.

Yenicag.az xəbər verir ki, sözügedən yığma İrəvanda Cəbəllütariq millisinə uduzub.

Cəbəllütariqə tarixi qələbə qazandıran qola 50-ci dəqiqədə Jozef Çipolina imza atıb.

Xatırladaq ki, bu, “cırtdan”ların tarixində ilk səfər qələbəsidir.

Qeyd edək ki, Cəbəllütariq FİFA reytinqində 198-ci pillədə qərarlaşıb.