Ermənilər 400 ton yükü olan 20 yük maşınını bu gün İrəvandan Laçın dəhlizinə doğru yola salıblar və oradan da sülhməramlılar vasitəsilə Qarabağa keçirmək fikirləri var.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu avantürist təşəbbüs barədə Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan məlumat verib.
Ermənistanda akkreditə olunmuş xarici diplomatlar yükə baxış keçiriblər, yük maşınları onların iştirakı ilə açılıb.
Azərbaycanın Dövlət Sərhəd Xidməti artıq Ermənistan tərəfinə bu cür piar təxribatlarının mənasızlığı barədə xəbərdarlıq edib. Xəbərdarlıqda Qarabağın bədnam “humanitar karvan”la 2014-cü ilin Ukraynası olmadığı bildirilir.
Onların diqqətinə çatdırılıb ki, bu hissədə dövlət sərhədindən bir qram da belə yük keçməyəcək!!!
Onlara yüklərini Qırmızı Körpüdən keçirməyi, gömrük yoxlaması və müvafiq rüsumlar üçün sənədlər hazırlamağı bildiriblər.
Məsimə