Ermənistandan qaçmaq istəyən Çarukyan saxlanıldı – Foto

media-hightechnic-468x90

 

media-banner_tkm

media-e171859f-66e2-4929-9cac-3c03b551a698
Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyan bu gün ölkəni tərk etməyə cəhd edib.

Yenıcag.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, o, Zvartnots beynəlxalq hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qagik Çarukyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) ilə cinayət işi başlanıb və ölkədən çıxışına qadağa qoyulub.

Qeyd edək ki, Qagik Çarukyanın rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 3.99 faiz səs toplayaraq mandatsız qalmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05