Ermənistanın müxtəlif bölgələrindən Qarabağda döyüşmək üçün gətirilən silahlılar artıq etiraz edib, səslərinin eşidilməsini istəyirlər. Onlar aldadıldıqlarını, ac-susuz qaldıqlarını deyirlər.
Belə videolardan birini çəkən şəxs yaşadıqlarını şərh edir:
“Ay camaat, baxın, artıq ikinci gündür… bu Armavir (polis) bölməsidir, qalanları da başqa rayonların bölmələridir. Qalmışıq yağışın altında. Üçüncü gündür, ac-susuz burada qalmışıq. Çörəyimiz yoxdur, burada nə əsgər var, nə də ki başqa adamlar. Bizi bura atıb gediblər. Biz heç kimə lazım deyilik. Görün nə vəziyyətdəyik. Artıq üçüncü gündür hamımız bu vəziyyətdəyik. Uşaqlar, gəlin silahlarımızı götürüb aşağı enək. Polis nə etsin? Belə yerdə qalmaq olar? Baxın vəziyyətimizə”.
Sözügedən videonu təqdim edirik: