Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı tərəflər arasında dialoqların davam etdiyi bir vaxtda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötəngünkü açıqlaması diqqət çəkib.
Belə ki, XİN rəhbəri açıqlmasında bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır və biz onların bununla bağlı addımlar atmaqlarını gözləyirik.
Qeyd edək ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan da konstitusional islahatlarla bağlı müsbət fikirlər səsləndirmişdi. Erməni nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması üçün Ermənistan konstitusiyasında bir sıra müddəaların dəyişdirilməsinin vacib olduğunu diqqətə çatdırmışdı.
Yenicag.az-la söhbətində politoloq Sahil Kərimli də xatırladıb ki, Ermənistan dünyada yeganə ölkədir ki, öz konstitusiyasında qonşularına qarşı ərazi iddiaları irəli sürülür.
Ətraflı videomaterialı təqdim edirik:
Rafi Müslümov
Samir Məcidov
Məsimə Məmmədova