Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə imzalanan protokolların ləğv olunduğunu açıqlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı 10 oktyabr 2009-cu ildə imzalanmış protokollar ləğv edilib.
Qeyd edək ki, bu barədə Serj Sarkisyan BMT-dəki çıxışı zamanı da bildirmişdi.