Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Argentina mətbuatına müsahibəsini şərh edib.
Yenicag.az xəbər verir ki, bu barədə diplomat brifinqdə bildirib.
O, Mirzoyanın “Rusiya və Ermənistan müxtəlif dillərdə danışı” açıqlamasına belə cavab verib: “Səninlə lağ etmək istərdim, amma məncə, buna dəyməz. Ona görə yox ki, mən dillər haqqında danışa bilmədim, ona görə ki, belə insanlar Ermənistanı çıxılmaz vəziyyətə salıblar”.
Zaxarova qeyd edib ki, Mirzoyan Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinin mümkünlüyü ilə bağlı suala cavab verib ki, gələcəyi proqnozlaşdıra bilmir: “Qəribədir. Adətən hakimiyyətdə olan siyasətçilər gələcəyi proqnozlaşdırmaqla kifayətlənməyib, onu yaradırlar. Onlar tendensiyaları proqnozlaşdıra və məsələn, mənfi bir ssenarinin reallığa çevrilməsinin qarşısını almaq üçün hər şeyi edəcəklərini söyləyə bilərlər. Xüsusilə bu gün ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü olduğunu nəzərə alaraq, onun dediklərini eşitmək çox kədərlidir”./unikal