!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanı susdurmaq üçün tək bir yol var...” – Paşinyanın sərsəm bəyanatına qarşı müharibə ÇAĞIRIŞI

!Reklam – Yazi

“İşğalçı ölkənin rəhbərliyini bu qədər cəsarətləndirən səbəb Azərbaycanın hərəkətsizliyidir”.

Yenicag.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Xankəndində təşkil olunmuş mitinqdə səsləndirdiyi “Qarabağ Ermənistandır” bəyanatı Azərbaycanda müharibə ovqatını xeyli gücləndirib.

Bu barədə Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Araz Əlizadə hesab edir ki, Paşinyanın bu bəyanatından sonra Azərbaycan müharibəyə başlamalı və hərbi kampaniyanı qələbə ilə başa vurmalıdır:

“Paşinyan kimi zəvzəyin ağzı sözlə yumulmaz. O, belə bəyanat verməklə, Qarabağ ermənilərinə demək istəyir ki, arxanızdayıq, sizi atmarıq. Ancaq Ermənistan Dağlıq Qarabağı hüquqi baxımdan çoxdan atıb. Yadınıza salın, Avrasiya İttifaqı yaradılanda, Nazarbayevlə Lukaşenko Ermənistan qarşısında şərt qoydular ki, Qarabağın hansı ölkəyə məxsus olduğunu müəyyən edin, sonra üzv olun. Onlar açıq şəkildə bildirdilər ki, hərbi münaqişələrdə iştirak edən bir dövləti tərkibimizdə görmək istəmirik. Ermənistan parlamenti də bundan sonra Qarabağın onlara dəxli olmadığına dair qərar qəbul etdi. Paşinyanın indi belə danışması, əslində, ictimai rəyə hesablanmış oyundur. İndi Ermənistanı susdurmaq üçün Azərbaycanın edəcəyi bir iş var – müharibəyə başlayıb, onu qələbə ilə başa vurmalıdır ki, Paşinyan kimilər gəlib torpaqlarımızda gic-gic danışmasınlar”.


Mövzunu Yenicag.az-a dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl isə hesab edir ki, Paşinyanı Xankəndində elə bir bəyanat verməyə cəsarətləndirən səbəb Azərbaycanın hərəkətsizliyidir:

“Paşinyan dəfələrlə Qarabağa gəldi, müxtəlif bəyanatlar verdi və Azərbaycan tərəfindən lazımi reaksiyanı görmədikdə, dünənki bəyanatla nöqtəni qoydu. O, bununla həm də iyirmi beş il aparılan danışıqların əhəmiyyətsizliyini göstərdi. Ermənilər əvvəl deyirdilər ki, ikinci erməni dövləti yaradırıq, ancaq indi açıqdan-açığa bəyan edirlər ki, Qarabağ Ermənistandır. Bizim reaksiyamız isə sıfırdır. Müdafiə Nazirliyi susur, hamısı istirahətdədir. Xarici İşlər Nazirliyi yenə “kreativ” bəyanat verəcək və heç kəs söhbətin nədən getdiyini bilməyəcək. Əgər bir ölkənin baş naziri sənin torpağını öz ərazisi adlandırırsa, bunun cavabı adekvat şəkildə verilməlidir. Düşmən Azərbaycanın istər hərbi, istər diplomatik, istərsə də xalq olaraq hərəkətsiz olduğunu görür. Qarşı tərəfi mən də o vəziyyətdə görsəm, əzə-əzə gedərəm. Bu gün gedəcəm Müdafiə Nazirliyinə, sual verəcəm ki, burada niyə oturmusunuz?”

Səxavət Məmməd

www.yenicag.az

4521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv