Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı – Peter Tasenin araşdırması

18 fevral 2019-cu ildə Brooklyn (Nyu-York) şəhərində yerləşən Hyperallergic onlayn qəzeti qədim Azərbaycan torpağında, Naxçıvan Muxtar Respublikasında erməni dini memarlıq və mədəniyyətini tərənnüm edən məqalə nəşr etmişdir. Bu uzun və yanıltıcı yazıların müəllifləri Sarah Pickman və Simon Mhakyan Azərbaycan xalqına qarşı şər kampaniyası, həmçinin çoxlu sayda heç bir elmi əsası olmayan təhqirlərə başlamışdır.

Pickman və Maghakyan oxuculara yalnış məlumat verməklə Naxçıvan Muxtar Respublikası və onun qədim tarixi ilə bağlı tarixi faktları məhv etməyə və ləkələməyə cəhd edirlər. Məqalə boyunca yanıltıcı sitat və həqiqətə uyğun olmayan fotoşəkillərlə hər iki yazar Azərbaycanın minillik milli mədəniyyətinin şöhrəti hesabına beynəlxalq ad və nüfuza nail olmaq niyyətindədirlər. Naxçıvan Muxtar Respublikasının zəngin irsinə hücüm edərək onu erməni örtüyü ilə örtməyə təşəbbüs göstərmək yalnış fikir formalaşdırmaq və şovinizmdir. ABŞ-da fəaliyyət göstərən erməni maraqlarını müdafiə edən qruplar tərəfindən təşkil edilən bu kompaniyanın əsas məqsədi beynəlxalq dinlərarası dialoqu, multikulturalizmi, Qafqazda sülh və firavanlığı deyil, düşmənçiliyi təşviq etməkdir.

Pickmanın dəhşətli sözləri Ermənistanın yüksək vəzifəli rəsmilərinin aydın şəkildə təşkil etdiyi hiyləgər siyasi hücumunu və informasiya müharibəsini göstərir. Ermənistan isə 30 ildir Azərbaycanın 20 faiz torpağını işğal edən, Naxçıvan və Dağlıq Qarabağın yeddi ətraf rayonu boyunca atəşkəs rejimini pozan təcavüzkar dövlət kimi xatırlanır. Ermənistanda olna iqtisadi durğunluq, yüksək işsizlik səviyyəsi və boz iqtisadiyyat səviyyəsinin artması, həmçinin Silahlı Qüvvələrdə olan ərzaq çatışmazlığı ölkədə olan daxili problemlərin dəhşətli səviyyədə olmasını göstərir . Digital qəzetləri uydurma faktlar və fotoşəkillərlə, eləcə də çirkin erməni təbliğat maşınının saxta xəbərləri və etibarsız məlumatları ilə çirkləndirməkdəndirsə, yuxarıda qeyd olunan məsələlərin televiziyada göstərilməsi hər bir erməni vətəndaşına və regional inkişafa təsir edə bilər.

Aydındır ki, Ermənistanın daxildəki faşist rejimi və xaricdəki zəhlətökən diasporası daimi olaraq zəhmətkeş və işğaldan əziyyət çəkmiş Azərbaycan xalqına qarşı bəyanatlar və nifrət dolu fikirlər söyləmişlər. Pickman tərəfindən şəkil və faktlarla yourucu və qeyri-peşəkar şəkildə hazırlanmış məqaləyə müraciət və cavab verməkdəndirsə qeyd etmək lazımdır ki, Naxçıvan və Culfanın qədim və müasir tarixində bu hadisələr baş verməmişdir. Hər iki müəllif Azərbyacan torpağında olan ərazilərin adlarını səhv yazmaqla ictimai fikiri dəyişməyə çalışırılar.

Simon Maghakyan və digər erməni mənbələri təsdiq edirlər ki, Culfada olmuş qəbir daşları hələ Sovet dövründə ermənilərin özləri tərəfindən Ermənistana daşınaraq müxtəlif məkanlarda yerləşdirilmişdir. Məsələn, Yerevandakı konyak zavodunun həyətində və Ermənistan tarix müzeyində yerləşdirilib. Bu faktları erməni saytları da təsdiq edir :

Culfa xaçkarı. Sovet dövründə Naxçıvandan aparılmışdır. Hal-hazırda Ermənistanda Metropolitan muzeyində saxlanılır.

Yale Universitetinin fəlsəfə doktoru Pickman Azərbaycanın suveren ərazisindəki dini, mədəni, məzarüstü qəbr daşları və qədim tarixi abidələrin mövcud vəziyyətinə dair məqalə yazmaq üçün elmi bir cəhd göstərməlidir. Azərbaycanın Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları 30 ildən artıqdır ki, erməni silahlı qüvvələrinin işğalı altındadır. I Dünya Müharibəsi dövründə Amerika səfiri Morgenthaunun ləkələnmiş irsini davam etdirməkdəndirsə Azərbaycanın Dağlıq Qarabağa yaxın rayonlarda yaşayan 450 mindən çox Azərbaycan vətəndaşına təhlükə yaradan, erməni nəzarətində olan Sərsəng su anbarı barədə elmi məqalə yazmaq həqiqətən beynəlxalq ictimaiyyətin diqqətini tələb edən həssas məsələlərdəndir.

Qeyd: Peter Tasenin “Ermənilərin Azərbaycan qarşı faşist təbliğatı” başlıqlı məqaləsi ABŞ-da nəşr olunan www.eurasiahoy.com, Venezuella Respublikasının

www.analitica.com və İspaniyanın www.diariosigloxxi.com qəzetlərində nəşr olunmuşdur.

Peter Tasenin “Ermənilərin Azərbaycan qarşı faşist təbliğatı” başlıqlı məqaləsi həmçinin Litva Respublikasında fəaliyyət göstərən www.slaptai.lt qəzetinin baş redaktoru Gintaras Visockas adlı jurnalistin köməkliyi ilə litva dilinə tərcümə edilərək nəşr olunub.