!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Azərbaycana qarşı zorakılığı barədə iclas keçirildi

!Reklam – Yazi

Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas qrupunun iclasında Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənildi. Təmas Qrupunun Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərməsinin vacibliyi vurğulandı”, – deyə türkiyəli nazir bildirib.

İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da çıxış edib. XİN sözçüsü Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb ki, nazir dinc danışıqların gələcəyinin dünya ictimaiyyətinin iqtidarına və qətiyyətinə, o cümlədən İslam Ümmətinin dərhal və qətiyyətli hərəkət etməsinə bağlı olduğunu bildirib.

Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təmas Qrupunun yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilata üzv ölkələrin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib./APA/

www.yenicag.az

725
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv