Ermənistanın Bakı-Tbilisi-Ceyhanı atəşə tutması ilə bağlı FOTOFAKT

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Bakı-Tbilisi-Ceyhanı raket atəşinə tutması ilə bağlı fotoları yayımlayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı H.Hacıyev öz “Twitter” hesabında paylaşım edib.

“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini kaset bombaları ilə atəşə tutub. Yevlax rayonunda raket boru kəmərinin 10 metrliyinə düşüb. Ümumilikdə BTC yaxınlığında ətrafa 300-dən çox kaset bombası səpələnib. Kəmərə ziyan dəyməyib. Hadisə yerində ANAMA əməkdaşları işləyir. Çarəsiz qalan Ermənistan enerji infrastrukturlarına hücum edir”.