Ermənistanın baş naziri postuna namizədin adı məlum olub

12
Ermənistan prezidenti Serj Sarqsyan hakim Respublikaçılar Partiyasının iclasında Karen Karapetyanın baş nazirliyə namizədliyini irəli sürüb

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya görə, partiyanın icraedici orqanının toplantısında Karen Karapetyanın baş nazirliyə namizədliyi təsdiqlənib, keçmiş baş nazir Ovik Abramyanın bu postdan istefası qəbul edilib.

Baş nazir vəzifəsinə namizəd Karen Karapetyan həmin iclasda bildirib ki, yaxın günlərdə iki mərhələdən ibarət olacaq ölkənin “inkişaf proqramını” təqdim edəcək.(virtual.org)

Yenicag.az