Ermənistanın Baş Qərargah rəisi də istefa verib? – VİDEO

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanın istefa verməsi ilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat “Telegram” kanallarında yayılıb.

Bununla belə, Ermənistan Müdafiə Nazirliyindən yerli mediaya verilən açıqlamada Qasparyanın istefasına dair məlumat təkzib edilib.

Qeyd edək ki, Qarabağ müharibəsində aldığı sarsıdıcı məğlubiyyətdən sonra Ermənistanda yaranmış siyasi böhran getdikcə dərinləşir və artıq çox sayda nazir istefa verib.