Ermənistanın Baş Qərargah rəisinin müavini də saxlanıldı

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyan saxlanılıb.

Yenicag.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun evində axtarış aparılıb.

Qeyd olunur ki, Qalstyan daha əvvəl keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirilib.

Xatırladaq ki, entyabrın 30-da isə bu məsələ ilə bağlı Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyan və “Patron Davo” kimi tanınan iş adamı David Qalstyan saxlanılmışdı.

Onlar barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.