!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın beynəlxalq hüquqa zidd ADDIMLARI: "Qarabağla bağlı qanunvericilik bazası qurublarsa..." - RƏY

!Reklam – Yazi

“Ermənistanın zamanında qəbul etdiyi qərarların hüquqi qüvvəsi yoxdur”.

Bu sözləri Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər, gözlənilən addımları dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Azərbaycan ərazisində dövlət yaratmaq tarixin arxivinə gedib:

“Ermənistan tərəfdən Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı birəmanlı bəyanat verilirsə, bu, pozitiv addımdır. Eyni zamanda Ermənistanda əks fikirdə olan qruplar, qanunvericiliyi yada salanlar var. Ərazi bütövlüyünün tanınması təməl şərtlərdən biridir. Azərbaycan ərazisində dövlət yaratmaq, Azərbaycandan hansısa bölgəni ayırmaq tarixin arxivinə gedib. Birinci mərhələ üçün bu cür bəyanatların verilməsi uğurlu addımdır. Ancaq eyni zamanda bunlar hamısı sənədləşməlidir. Üçüncü tərəf olmadan sülh sazişi, yaxud hansısa ortaq bəyanatın imzalanması çox önəmlidir. Azərbaycanın 86,6 min kvadrat km ərazisi həm də beynəlxalq hüququn predmetidir və BMT-nin tanıdığı sərhədlərdir. Bu sərhədlərin dəyişilməsi mümkün deyil.

Ermənistan Azərbaycanla bağlı təməl haqları, beynəlxalq hüququ pozan qərarlar qəbul edib. Bu qərarların ləğv edilməsi məsələsi gündəmə gələ bilər. Ermənistanın zamanında qəbul etdiyi qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycanın ərazi bütövlüyünə təcavüz və Qarabağla bağlı qanunvericilik bazası qurublarsa, bu beynəlxalq hüquqa ziddir”.

Səxavət Məmməd

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv