“Ermənistanın cəzasızlığına son qoyulmalıdır” – XİN

Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabındakı paylaşımında qeyd edilib.

“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”, – paylaşımda qeyd olunub.