Ermənistanın daha bir hərbçisi öldürüldü

ermeni_Esger_olumXəbər verdiyimiz kimi, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, düşmənə cavab atəşi açılarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan hərbçisi 20 yaşlı Karen Qriqoryan öldürülüb.