Ermənistanın dövlət sərhədində insidentlə bağlı MN-dən MƏLUMAT

Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb.

Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Müdafiə Nazirliyindən Yenicag.az-a cavab olaraq bildirilib ki, əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.