“Ermənistanın ərazi bütövlüyünün pozulması İran üçün qəbuledilməzdir” – İranlı səfir

“Ermənistanın ərazi bütövlüyünün pozulması İran üçün qəbuledilməzdir”.

Yenicag.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani yanvarın 11-də erməni jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, İran həmişə Ermənistanın suverenliyini dəstəkləyib.

“Ermənistanın suverenliyini pozan hər şey bizim fikir ayrılığına səbəb olacaq”, – Sübhani deyib.

O, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib.

“Ermənistanın suverenliyini və ərazi bütövlüyünü pozan hər bir şey bizim üçün qəbuledilməz olacaq”, – deyə o çərənləyib.

Xuraman Etibarlı